Bakıda 30 evdən oğurluq etməkdə təqsirləndirilən Mirsaleh Məmmədov və Samir Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vaqif Həsənovun icraatına verilib.
Cinayət işində ümumilikdə 30 zərərçəkmiş var.
Qeyd edək ki, bu il fevralın əvvəlində Binəqədi rayon Polis idarəsi 4-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini M.Məmmədov və Şəmkir rayon sakini S.Abbasov tutulublar.
Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən bir neçə evdən, əsasən, pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.
Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub. O, daha sonra oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.
Daha sonra onların Abşeron rayon ərazilərində də oğurluq etdikləri məlum olub.
