Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş A.Mahmudovanın məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun sentyabr ayının 17-nə təyin edilən iclasında baxılacaq.
