Məzmuna keç

Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusuna baxaraq qərardad çıxardı

Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusuna baxraq qərardad çıxardı

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95.4.7-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin edilmiş iclasında baxılacaq.