Məzmuna keç

Digər məhkəmələrin qərarları da “Elektron Məhkəmə” sistemində yerləşdiriləcək

Gələcəkdə digər məhkəmələrin qərarları da

"Gələcəkdə digər məhkəmələrin qərarları da "Elektron Məhkəmə" sistemində yerləşdiriləcək".

E-huquq.az xəbər verir ki, bunu "Elektron Məhkəmə" informasiya sistemi üzrə işçi qrupunun üzvü Xəyyam Bayramov deyib.

O deyib ki, bütün məhkəmə aktları "Elektron Məhkəmə" informasiya sistemində yerləşdirilir: "Hazırda ictimaiyyətə açıq yalnız iqtisadi mübahisələr üzrə yekun məhkəmə aktları əks olunur. Anonimləşmə tətbiq ediləndən sonra digər qərarlar da ictimaiyyətə açıq olacaq".

X.Bayramovun sözlərinə görə, gələcəkdə digər məhkəmələrin də çıxardığı qərarlar portalda yerləşdiriləcək: "Hazırda bu istiqamətdə iş gedir. Ümid edirəm ki, növbəti illərdə biz bütün yenilikləri tətbiq edəcəyik".