Prezident İlham Əliyev “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
E-huquq.az xəbər verir ki, qanuna əsasən, "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi” təsdiq edilir.
