Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Biləcəri bələdiyyəsini məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən icra hakimiyyəti müavinətin ödənilməsi barədə tələb irəli sürüb.
İddia təmin edilib.
Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
