Məzmuna keç

Yolu keçən piyadanı vurub öldürən sürücünün ibtidai istintaqı başa çatdı

Yolu keçən piyadanı vurub öldürən sürücünün ibtidai istintaqı başa çatdı

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Vüqar Səlimovun cinaytət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Teymur Qurbanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il aprelin 18-də Qaradağ rayonu ərazisində baş verib.

Belə ki, rayonun Xocahəsən yolu istiqamətində “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan V.Səlimov yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçən piyada 1969-cu il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.

Sürücü yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb, lakin Ə.Əsgərov dünyasını dəyişib.