Məzmuna keç

Novxanıda piyadanı vurub öldürən avtobus sürücüsünün məhkəməsi başladı

Novxanıda piyadanı vurub öldürən avtobus sürücüsünün məhkəməsi başladı

Abşeron Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Müzadil Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il apreiln 1-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.