Bakıda arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində yüngül cəzanın çıxarılmasını istəyir.
Şikayət hakim Fərhad Kərimovun icraatına verilib.
Məhkəmənin vaxtlı hələlik açıqlanmayıb.
Qeyd edək ki, qətl hadisəsi 2018-ci il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib.
Gəncə şəhər sakini R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.İbrahimzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şiayətini təmin etməyib.
