Məzmuna keç

Ali Məhkəmənin hakimi: “Oxşar işlər üzrə inzibati orqanların praktikası dəyişməlidir”

“Oxşar işlər üzrə inzibati orqanların praktikası dəyişməlidir. Əks halda biz məhkəmə təcrübəsinin praktik nəticələrini görə bilmərik”

“Oxşar işlər üzrə inzibati orqanların praktikası dəyişməlidir. Əks halda biz məhkəmə təcrübəsinin praktik nəticələrini görə bilmərik”.

E-huquq.az xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin hakimi Xəqani Məmmədov deyib.

Onun sözlərinə görə, vahid məhkəmə təcrübəsi Azərbaycan məhkəmə sisteminin kənar istifadəçiləri üçün lazımdır. X. Məmmədov qeyd edib ki, məhkəməyə gəlmək istəyən şəxslər özlərinin probemli məsələrinə dair məhkəmə yanaşmalarını müəyyən etməlidirlər: “Yəni proqnozlaşdırma bilən ədliyyədən söhbət gedir. Vətəndaş hansısa məsələ ilə bağlı məhkəməyə gələcəksə, bu məhkəmə təcrübəsi ilə bağlı məlumatlı olmalıdır. Proqnozlaşdırma çox vacibdir. Bu, məhkəmələrin iş yükünə də çox ciddi təsir edir. Biz məhkəmə təcrübəsinin yeniləşməsinə nail olsaq, məhkəmələrə lüzumsuz işlərin də gəlməsinin qarşısısı alınacaq. Məhkəmə təcrübəsi məhkəmə hüququnu inkişaf etdirilməlidir. Biz qanunvericiliyin müəyyən etdiyi qaydalardan əlavə məhkəmə hüququndan danışırıq. Məhkəmə hüququ vasitəsilə biz dolayısıyla, inzibati orqanların təcrübəsini istiqamətləndirə bilərik”.

Hakim bildirib ki, inzibati orqanların fəaliyyətinin məhkəmə təcrübəsinə uyğun qurmağa nail olmaq lazımdır: “Bu gün inzibati məhkəmələrin baxdığı işlərin 80-85 faizində iddialar təmin olunur. Bu əslində 2 mənzərəni ortaya çıxarır. Bir tərəfdən inzibati ədliyyənin vətəndaşlarının hüquq və vəzifələrinin təmin edilməsinə yönəlmiş qərarlarından, ikinci tərəfdən isə 85 faiz hallarda inzibati orqanların düzgün olmayan qərarlar qəbul etməsindən söhbət gedir. Biz məhkəmə təcrübəsi vasitəsilə oxşar təkrarlanan işlər üzrə inzibati orqanların təcrübəsinin nəzərə alınmasına nail olmalıyıq”.