Məhkəmələrdə aparılan monitorinqlər intensivləşdiriləcək.
E-huquq.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində məlumat verilib.
Müşavirədə yeni təşkil edilən məhkəmələrin fəaliyyətinin təmini üçün zəruri təşkilati tədbirlərin görülməsi, Məhkəmə-Hüquq Şurası ilə birgə təhlillər əsasında qısa müddətdə təkliflərin verilməsi tapşırılıb.
Məhkəmələrdə işin təşkili və icra intizamının yaxşılaşdırılması, vətəndaşların haqlı narazılığını doğuran pozuntuların aradan qaldırılması, bu məqsədlə monitorinqlərin intensivləşdirilməsi və digər tədbirlərin görülməsinin vacibliyi nəzərə çatdırılıb.
