Məzmuna keç

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbərinin məhkəməsində hakimlər özlərinə etiraz etdi

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbərinin məhkəməsində hakimlər özlərinə etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsi – Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə kollegiyası özlərinə etiraz etdiklərini açıqlayıblar.

Bildirilib ki, hakimlərindən biri – Əhməd Quliyev bu iş üzrə təqsirləndirilən E.Məhərrəmovun cinayət işi üzrə məhkəməsini araşdırıb və hökmü elan edib.

Etiraz əsasında iş apellyasiya məhkəməsinə göndərilib və Bakı Apellyasiya Məhkəməsində qərar elan ediləcək.

Buna görə proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttiham akıtına əsasən, "Bakı MTK"nın rəhbəri E.Məhərrəmov, şirkətin vəzifəli şəxsi – E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Cinayət işində 6 zərərçəkmiş var.

Daha əvvəl məhkəmənin hökmü ilə E.Məhhəromov 14 il və E.Xudiyev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin cinayət işi üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunnun kapitanı Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.