22.10.2026
İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru dələduzluqda ittiham edilir
Məhkəmə

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru dələduzluqda ittiham edilir

Apr 30, 2019

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. cinayət işi başlanılıb.

E-huquq.az-ın xəbərinə görə, T. Hümbətov Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilir.

T.Hümbətovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.