Apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinə işin hallarının tam araşdırılması tövsiyə olunub


  • 18 Avqust 2022 17:38

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyində görülmüş işlərin təhlilinə dair Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda çıxış edən Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlkin Rəcəbov kassasiya qaydasında baxılmış işlər üzrə müəyyən olunan xarakterik pozuntular, məhkəmə aktlarının kassasiya qaydasında ləğv edilməsinin əsasları barədə danışıb.

O, bəzi işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsini diqqətə çatdırıb, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinə işin hallarının tam və hərtərəfli araşdırılması, maddi və prosessual normalara dürüst əməl olunmasını tövsiyə edib.

Oxşar xəbərlər