Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Aprelin 24-də Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
E-huquq.az-ın xəbərinə görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş A.Nəsirovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun may ayının 21-nə təyin edilmiş iclasında baxılacaq.

