- 18:03
Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edib.
E-huquq.az-ın məlumatına görə, bu münasibətlə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Səadət Bektaşi ilə görüş keçirib.
M.Əkbərov S.Bektaşini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimləri də iştirak edib.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, S.Bektaşi 2021-2023-cü illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. O, Prezidentin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Eltac Nurullazadə