Bakıda oğurluq etməkdə təqsirləndirilən İlham Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İ.Hümbətov Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlamaqda təqsirləndirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib. İ.Hümbətova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
