Bakıda oğurluq etməkdə təqsirləndirilən Elsevər Dərgahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Fərid Əmirəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Elsevər Dərgahov Binəqədi rayonunun Biləcəri qəsəbəsində kafelərin birində vətəndaşın pulqabısından oğurluq edib. Paytaxt sakininin pul kisəsindən bank kartı oğurlanıb, daha sonra həmin kartdan 1310 manat çıxarılıb. Elsevər Dərgahova Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
