Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqdirləndirilən Zərbi Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində baş verib. Zamanov Zərbi Eyvaz oğlu idarə etdiyi "Vaz 2170" markalı avtomobillə piyada 40 yaşlı Əsgərov Fuad Məmməd oğlunu vurub. Fuad Əsgərov aldığı xəsarətlərdən aprelin 12-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə ölüb.
Şəbnəm Mehdizadə
