Məzmuna keç

Goranboyda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Babək Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

İş hakim Toğrul MəmmədovUN icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Veysli kədinin yaxınlığında qeydə alınıb. Sürücü Babək Hüseynov VAZ markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində ölüb. B.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə