Bakıda bacısını öldürməkdə təqsirləndirilən Azər Əfəndiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda yerləşən evlərin birində baş verib. A.Əfəndiyev şəxsi münasibətlər zəminində mübahisə zamanı bacısı 58 yaşlı Əfəndiyeva Məlahət Vaqif qızına yumruqla zərbə vurub. M.Əfəndiyeva aldığı xəsarətlərdən ölüb. A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
