Məzmuna keç

Məhkəmə İrandan narkotik vasitə gətirməkdə ittiham olunan dəstə üzvləri barədə qərar verəcək

İrandan Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən Naiq Hacıyev və Yusif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırləq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki,1987-ci il təvəllüdlü Naiq Hacıyev və əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Yusif Hüseynov İrandan Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirməkdə təqsirləndirilirlər. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan ümumilikdə 73 kq narkotik vasitə və psixotrop maddə, həmçinin 1500 ədəd "Metadon" həbi aşkarlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irli sürülüb.

Şəbnəm Mehdizadə