"AzerGold" QSC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsin8in 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Protokola hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası noyabrın 21-də keçiriləcək.
Protokol təsdiq olunarsa, "AzerGold" min beş yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
