Məzmuna keç

Tərtərdə iki nəfərin öldüyü yol qəzası ilə bağlı istintaq başa çatdı

Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadənin cinayət işi üzrə ibtidai istibtaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə idarə etməni itirərək ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Eminova qızı Ziyadova hadisə yerində ölüb. Sürücü isə xəsarət alıb.

Q.Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə