Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 20 Noyabr 15:56

Bakıda qohumunu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəşad Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 28-də keçiriləcək.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Rəşad Cəfərov qohumlar arasında şəxsi münasibətlər zəminində mübahisə zamanı 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucova ov tüfəngindən atəş açmaqla onu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. R.Orucova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər