- 9 Oktyabr 18:17
"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nigar Qədirlinin icraatına verilib.
Protokol təsdiq olunarsa, "Oba Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə