Məzmuna keç

Abşeron Rayon Məhkəməsinin sədri dəyişdi

Abşeron Rayon Məhkəməsinə yeni sədr təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fərid İlham oğlu Əyyubov məhkəmənin sədri təyin edilib.

O, bu təyinatadək Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışıb.