- 12:46
Milli Məclis diplomatik pasport əldə edə biləcək subyektlərin dairəsinin genişləndirilməsini ilk oxunuşda qəbul edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, 2024-cü il mayın 31-də "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib və Azərbaycan Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifələri inzibati vəzifələrin birinci təsnifatına aid edilib.
Bununla da, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə "Pasportlar haqqında" təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.