Bu şəxslərə də “Leytenant” hərbi rütbəsi veriləcək


  • 15:35

Zabit kursunu bitirən ali təhsilli müddətli hərbi qulluqçularla bağlı qanunvericiliyə dəyişiklik olunur.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına “Leytenant” hərbi rütbəsi veriləcək.

Oxşar xəbərlər