Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək


  • 30 Dekabr 2025 12:23

Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər dövlət rüsumu ödəməkdən azad edilir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər