Məzmuna keç

İnsan alverindən zərərçəkmiş şəxslərə ödənilən müavinət artırılıb

İnsan alverindən zərərçəkmiş şəxslərə ödənilən müavinət artırılıb

İnsan alverindən zərərçəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinət artırılıb.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “İnsan alverindən zərərçəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

İnsan alverindən zərərçəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinət 400 manatdan 700 manata qaldırılıb.

Qeyd edək ki, insan alverindən zərərçəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin maliyyələşdirilməsi Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.