Əmək Məcəlləsinin 179-cu maddəsinə dəyişiklik edilir


  • 9 Aprel 2021 12:38

Dövlət Əmək Müfəttişliyi Xidmətində aparılan təhlillər nəticəsində Azərbaycanda “orta aylıq əmək haqqı” anlayışının “aylıq orta əmək haqqı” sözləri ilə əvəz olunması istiqamətində Əmək Məcəlləsinə dəyişiklik təklif edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.

O bildirib ki, hazırlanan layihə hazırda razılaşdırma mərhələsindədir:

“Aylıq orta əmək haqqı orta əmək haqqının bir hissəsi kimidir. Çünki Əmək Məcəlləsinin 179-cu maddəsində orta əmək haqqının saxlanılması nəzərdə tutulan hallar var. Bu, təkcə aylıq deyil, müəyyən dövr üçün – 3 günlük, beş günlük də ola bilər. Ona görə həmin dövr üzrə orta əmək haqqı hesablanır. Məhz bu məqsədlə sözügedən anlayışlara aydınlıq gətirilməsi üçün layihə hazırlamışıq”.

Oxşar xəbərlər