Ailə Məcəlləsində dəyişikliklər təsdiqləndi – Yeni qaydalar


  • 9 Aprel 2021 15:15

Prezident İlham Əliyev Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

E-huquq.az xəbər verir ki, sənədə əsasən, uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Ailə Məcəlləsinə dəyişiklik Milli Məclisin martın 9-da keçirilən iclasında qəbul edilmişdi.

Oxşar xəbərlər