- 30 İyul 13:01
"Amnistiya Aktı olduqca vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətində böyük ümid yaradacaq".
E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat deyib ki, insanlar məhkəmə ədalətinə inam az olanda amnistiyaya ümid edirlər: "Ona görə də biz elə etməliyik ki, ilk növbədə məhkəməyə inamı bərpa edək. Qələbədən əvvəlki Azərbaycanla, qələbədən sonrakı Azərbaycanın fərqini vətəndaşa göstərə bilək. Bunu vətəndaşın rifahında, yaşam səviyyəsində göstərməliyik".
Xəyalə Bünyatova