- 19 May 16:47
Azərbaycanda notariuslar kommersiya hüquqi şəxsinin təsisçiləri və onların nizamnamədəki payları, eləcə də kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcək.
E-huquq.az xəbər verir ki, bu, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsi hazırlanarkən "Notariat haqqında" qanuna istinad edilib.