Məzmuna keç

Prezident İlham Əliyev 4 rayonda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, Sərəncamda qeyd edilir:

1. Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon (səkkiz milyon bir yüz doxsan min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 mart tarixli Sərəncamı ilətəsdiq edilmişdir

Sıra

№-si

Ərazi vahidləri

Ağstafa rayonu

1.

Dağ Kəsəmən kəndində yeni massiv

Gədəbəy rayonu

1.

Arıqıran kəndi

2.

Gərgər kəndi

3.

Qasımlı kəndi

Şəmkir

1.

Aşağı Çaykənd kəndi

2.

Şəmkir şəhərində 2 yeni massiv

Tovuz rayonu

1.

Cirdək kəndi

2.

Çatax kəndi

Sıra

№-si

Ərazi vahidləri

Ağstafa rayonu

1.

Dağ Kəsəmən kəndində yeni massiv

Gədəbəy rayonu

1.

Arıqıran kəndi

2.

Gərgər kəndi

3.

Qasımlı kəndi

Şəmkir

1.

Aşağı Çaykənd kəndi

2.

Şəmkir şəhərində 2 yeni massiv

Tovuz rayonu

1.

Cirdək kəndi

2.

Çatax kəndi