Prezident Elnur Çıraqova yeni vəzifə verdi - SƏRƏNCAM


  • 13:03

Çıraqov Elnur Vaqif oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

E-huquq.az xəbər verir ki, Prezidenti İlham Əliyev mayın 13-də bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elnur Çıraqov 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.

Oxşar xəbərlər