Məzmuna keç

Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. M.Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi, "İrəli" İctimai Birliyinin sədridir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.