- 17 İyun 13:30
Ukrayna lideri Volodimir Zelenski Rusiya pilotsuz təyyarələrinin istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında dərc olunan sərəncamda deyilir.
Məhdudiyyətlər pilotsuz uçuş aparatlarının (PUA) Geran, Orlan-10, SuperCam və FPV dronlarının hazırlanması və istehsalı ilə məşğul olan şəxslərə və şirkətlərə təsir edib.
Bundan əlavə, siyahıya “Alabuga Machinery” MMC-nin tədarükçüləri və Rusiya pilotsuz təyyarələrinin istehsalı üçün komponentlər idxal edən hüquqi şəxslər daxildir.
Ümumilikdə sanksiya siyahısına 56 fiziki və 55 hüquqi şəxs daxil edilib.
Humay Eminqızı