- 25 İyun 12:49
Sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. Hazırda Konstitusiya Məhkəməsinin hakimidir. Sabah, iyulun 1-i onun 70 yaşı tamam olur.