- 11 İyul 12:58
Tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyənləşəcək.
E-huquq.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.