- 8 Aprel 14:37
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Orxan Hüseynzadə 2024-cü ilin noyabrında Ağdaşa icra başçısı təyin edilib.