Məzmuna keç

Prezident İlham Əliyev Fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, Fərmana əsasən, "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Fərman cari il iyunun 1-dək qüvvədədir.