Prezident onları təltif etdi - SİYAHI


  • 15:56

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant

Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant

Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant

Ağayev Vüsal Mirzağa oğlu – kapitan

Mövlamov Füzuli Saleh oğlu – kapitan

Musayev Mirvahid Mirələm oğlu – kapitan

Şaliyev Şahin Eldar oğlu – kapitan

Əliyeva Məsumə Teymur qızı – baş leytenant.

Oxşar xəbərlər

  • 15 Sentyabr 15:15
Prezident onu təltif etdi