Məzmuna keç

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq – FƏRMAN

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Belə ki, sənədə əsasən, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılacaq.