Məzmuna keç

Prezident İlham Əliyev İsmayıllının icra başçısına töhmət elan etdi

Prezident İlham Əliyev Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az-ın xəbərinə görə, sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.