- 14:37
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiq edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, kollegiyanın sədri Dövlət Agentliyinin sədri, üzvləri isə onun I müavini və müavinləri, qurumun aparatının rəhbəri, Hüquq, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma, İstehlak bazarına nəzarət və təbii inhisarlara dövlət nəzarəti şöbələrinin müdirləridir.