- 21 Sentyabr 16:37
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, fərmana əsasən, Bakı Metropoliteni “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.