- 11:04
Belarus prezidenti Aleksandr Lukaşenko Şri-Lanka ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “BELTA” xəbər agentliyi məlumat yayıb.
Lukaşenko ilə görüşən Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijita Hert ölkəyə qiymətli daşlar tədarük etməyə hazır olduğunu açıqlayıb.
“Bizim sizinlə uzunmüddətli münasibətlərimiz var və bir-birimizi yaxşı tanıyırıq. Amma, yəqin ki, iqtisadi baxımdan yalnız bir-iki məhsul qrupu üzrə əməkdaşlıq edirik. Biz sizinlə əməkdaşlığımızı genişləndirmək istəyirik. İstəyirəm ki, Belarusda olduğunuz zaman səfirin və bizim nazirin köməyi ilə imkanlarımızı nəzərdən keçirəsiniz və Şri-Lanka üçün daha nələrdə faydalı ola biləcəyimizi müəyyənləşdirəsiniz”, - Lukaşenko deyib.
“Eyni zamanda biz Belarusdan maşınqayırma, kənd təsərrüfatı texnikası və gübrə tədarükünü artırmağı gözləyirik”, - Hert deyib.
Humay Eminqızı