Onlara Dövlət Mükafatı verildi - SƏRƏNCAM


  • 16:55

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Asəf Hacı oğlu Hacıyev - “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə;

Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə;

Mədəniyyət sahəsi üzrə

Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.

Oxşar xəbərlər